...

ARDNŞ ilk yarımildə təxminən 95 min metr qazma işləri görüb

Energetika Materials 15 İyul 2009 20:42 (UTC +04:00)
ARDNŞ ilk yarımildə təxminən 95 min metr qazma işləri görüb

Azərbaycan, Bakı, 15 iyul / Trend /

İlk yarımildə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) (birgə müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 94028 metr həcmində qazma işlərini həyata keçirib. Keçən ilin analoji dövründə bu göstərici 104747 metr olub. Bu barədə ARDNŞ-dən məlumat verilib.

İyunda şirkət 13919 metr həcmində qazma işləri görüb.  

2008-ci ildə ARDNŞ ümumilikdə 202954 metr, 2007-ci ildə isə 190376 metr qazma işləri həyata keçirib.

Xəbər lenti

Xəbər lenti