...

ARDNŞ Gürcüstanın qazbölüşdürücü şəbəkəsinin yenidən qurulması çərçivəsində görülən işləri davam etdirir

Energetika Materials 29 İyul 2009 18:35 (UTC +04:00)
SOCAR Georgia Gas şirkəti (SOCAR Energy Georgia-nın törəmə müəssisəsi) 31 qaz təsərrüfatının abonentlərinin sayının modernləşdirilməsi və artırılması çərçivəsində Gürcüstan regionlarında tikinti-montaj və reablitasiya işlərinin görülməsi üçün profilli təşkilatların seçimini aparır.

Azərbaycan, Bakı, 29 iyul / Trend , müxbir E.İsmayılov /

SOCAR Georgia Gas şirkəti (SOCAR Energy Georgia-nın törəmə müəssisəsi) 31 qaz təsərrüfatının abonentlərinin sayının modernləşdirilməsi və artırılması çərçivəsində Gürcüstan regionlarında tikinti-montaj və reablitasiya işlərinin görülməsi üçün profilli təşkilatların seçimini aparır. Bu barədə çərşənbə günü SOCAR Georgia Gas şirkətinin rəhbəri Anar Məmmədov məlumat verib. SOCAR Energy Georgia ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) törəmə şirkətidir.

"Hazırda layihələndirmə işi başa çatıb və Gütcüstanın bir çox şəhər və rayonlarında tikinti-montaj və reablitasiya işi başlayıb. Acariya muxtar vilayətində, Batumi və Kobuleti şəhərlərində artıq birinci mərhələ çərçivəsində 4,5 min yeni potensial istehlakçı üçün ümumi uzunluğu 21 kilometr olan qaz kəməri şəbəkəsi quraşdırlıb", - Məmmədov deyib.

Məmmədovun dediyi kimi, Acariya MV-də tikinti işləri gürcü profilli "Nyu Energy" MMC və "Energy-2006" MMC tərəfindən aparılır. Kartli regionunda isə işləri Azərbaycanın "Neftqaztikinti" MMC aparır.

"Bir müddət əvvəl layihələndirmə üzrə tender keçirilmişdi. Tenderin 15 iştirakçısı arasından təcrübəli beş profilli təşkilat seçilmişdi - "Qruzqazproyekt" MMC, "Sisperi Ali" MMC, "Vektor" MMC, "Oaziskompani" MMC və "Saqarecoqazservis" MMC", - Məmmədov deyib.  

Məmmədovun dediyi kimi, birinci il çərçivəsində bu qazbölüşdürücü şəbəkələrin potensial istehlakçılarının sayının 57 minə qalxacağı ehtimal olunur.   

SOCAR Energy Georgia-nın rəhbəri Mahir Məmmədovun bir müddət əvvəl dediyi kimi, hazırda bu şəbəkələrin istifadəçilərinin sayı təxminən 60 min nəfərdir. Üç il ərzində qazbölüşdürücü şəbəkələrin istiadəçilərinin sayının 150 minə qaldırılması planlaşdırılır.

Birinci yarımildə şirkətin istifadədə olan bölüşdürücü şəbəkələri çərçivəsində bütün mənbələr üzrə 40 milyon kubmetrə qədər qaz göndərilib. "İlin ikinci yarısında da təxminən bu həcmdə qaz tədarük ediləcək", - Anar Məmmədov deyib.     

Keçən ilin 26 dekabrında ARDNŞ və Gürcüstan hökuməti Kaxeti, Msxeta-Mtianeti, Şida və Kvemo Kartli, Acariya, Quriya, İmereti, Sameqrelo kimi regionları əhatə edən 30 qazbölüşdürücü təsərrüfatın və qazbölüşdürücü şəbəkənin idarəetməyə verilməsinə dair müqavilə imzalayıblar.  

Bu layihənin reallaşması üçün investisiyanın ümumi həcmi 40 milyon dollardır. Qoyulan investisiyanın həcmi artıq 3 milyon dolları keçib. Bu vəsaitə metal və plastik borular alınıb, Acariyada müəyyən infrastruktur işləri (Acariyanın qazlaşdırılmasına 2008-ci ilin ortalarında başlanılıb), eləcə də müəyyən layihə işləri görülüb. Bu barədə bir müddət öncə Məmmədov demişdi.

Apreldə SOCAR Energy Georgia şirkəti, həmçinin azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun qazbölüşdürücü şəbəkəsini istifadəyə verib. Marneulinin qazbölüşdürücü şəbəkəsi 31 qaz təsərrüfatıdır.  

Əvvəllər Marneulidə qazbölüşdürücü şəbəkənin sahibi ARDNŞ-dən qaz alıb onun Marneuli ərazisində satışı ilə məşğul olan "Wissol" şirkəti idi. Hazırda bu istiqamətdə bütün işləri SOCAR Energy Georgia həyata keçirir. Bu qazbölüşdürücü şəbəkələrin əldə olunması, inkişafı və idarə olunması 40 milyonluq investisiya proqramına daxil deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti