...

ARDNŞ iri neft-qaz yatağında qaz-lift platforması tikir

Energetika Materials 30 İyul 2009 17:38 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Heydər Əliyev adına Dərin Özüllər Zavodu "Günəşli" dəniz yatağında ikibloklu qaz-lift platformasının birinci blokunun inşası çərçivəsində işin üçdə bir hissəsini artıq başa çatdırıb.

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir E.İsmayılov /

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Heydər Əliyev adına Dərin Özüllər Zavodu "Günəşli" dəniz yatağında ikibloklu qaz-lift platformasının birinci blokunun inşası çərçivəsində işin üçdə bir hissəsini artıq başa çatdırıb. Bu barədə cümə axşamı şirkətdəki işə yaxın mənbə deyib.

"Artıq işin 30 faizi görülüb. İlin sonuna kimi isə tikinti işlərinin başa çatması gözlənilir", - mənbə deyib.

Bu platformada bir blok artıq ARDNŞ-nin "Neftqaztikinti" tresti tərəfindən inşa olunub. Ola bilər ki, bu blokda təmir işləri aparılsın.

Bir müddət əvvəl ARDNŞ-dəki başqa bir mənbənin dediyi kimi, yeni ikibloklu texnoloji platformanın tikintisinə 2010-cu ildən tez olmayaraq başlanacaq. ARDNŞ-nin Dalğıc idarəsi artıq rayonda dənizin dibinin tədqiqini başa çatdırıb. Alınmış məlumatlar tezliklər ARDNŞ yanında Neftqazlayihə İnstitutuna veriləcək.

Yeni texnoloji platformanın hündürlüyü 92 metr olacaq. Bu platformada "28 may" Neftqazçıxarma idarəsinin qaz-lift sistemi cəmləşdiriləcək.

Bu platforma ARDNŞ-nin 2009-cu ilə qaz proqramı çərçivəsində istismara verilməsi planlaşdırılan iri obyektlərdən biridir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti