...

Türkmənistan və Azərbaycan arasında mübahisəli məsələlərin həlli üçün beynəlxalq arbitraj olmaya da bilər

Energetika Materials 4 Avqust 2009 16:19 (UTC +04:00)
Beynəlxalq arbitraj yolu ilə Xəzərdə sərhəddəki yataqların (Türkmənistanla Azərbaycan arasında) delimitasiyası məsələsi tezliklə həll edilməyəcək. Azərbaycan ekspertləri belə hesab edirlər.
Türkmənistan və Azərbaycan arasında mübahisəli məsələlərin həlli üçün beynəlxalq arbitraj olmaya da bilər

Azərbaycan, Bakı, 04 avqust / Trend /

Beynəlxalq arbitraj yolu ilə Xəzərdə sərhəddəki yataqların (Türkmənistanla Azərbaycan arasında) delimitasiyası məsələsi tezliklə həll edilməyəcək. Azərbaycan ekspertləri belə hesab edirlər.

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri, Azərbaycanın Dövlət Neft Şirkətinin eks-rəhbəri Sabit Bağırovun dediyi kimi, bu məsələ 10 ildən çoxdur ki, qaldırılır. Bu, Xəzəryanı ölkələr arasında danışıqlar yolu ilə həll olunur. Tezliklə bu məsələ beynəlxalq arbitrajın müzakirəsinə çıxarılmayacaq.

Türkmənistan Prezidenti Qurbanqulı Berdımuhammedovun bir müddət əvvəl dediyi kimi, "Kəpəz" (türkməncə "Sərdar"), eləcə də "Azəri" və "Çıraq" ("Osman" və "Ömər") yataqları ətrafında fikir ayrılığı var.

Lakin Sovet dövründə azərbaycanlı geoloqların aşkar etdiyi "Kəpəz" sərhəd yatağı hazırda işlənilmir. Buna baxmayaraq, Azərbaycan dəfələrlə Türkmənistana yatağın birgə işlənməsini təklif edib.

Bakı əmindir ki, Azərbaycanla birgə "Kəpəz" yatağının işlənməsi Türkmənistana sərfəlidir. Hər şeydən əvvəl, bu, tikinti və hasil olunmuş karbohidrogenin daşınması üzrə güclü infrastrukturun mövcudluğu ilə izah olunur. Azərbaycanda dənizdə neft və qaz hasilatı üçün platforma inşası daxil olan bir neçə çox böyük dəniz neft-qaz layihələri reallaşdılıb. Ölkədə belə obyektlərin inşası üçün lazımi avadanlıqlarla təchiz edilmiş, yüksək ixtisaslı heyətə və iş təcrübəsinə malik xüsusi müəssisələr var. Türkmənistanda belə infrastruktur yoxdur.

Bundan savayı, Azərbaycanda güclü nəqliyyat infrastrukturu da mövcuddur: "Bakı-Tbilisi-Ceyhan" (BTC) boru kəməri nefti Aralıq dənizinə çatdırır. "Bakı-Supsa" və "Bakı-Novorossiysk" boru kəməri marşrutu, eləcə də Gürcüstanda Batumi və Kulevi Qara dəniz limanlarına dəmiryol ilə neft nəql etmək üçün imkanlar var. Bundan başqa, Avropaya qaz çatdırılması üçün nəzərdə tutulmuş "Nabukko" qaz kəmərinin tərkib hissəsi kimi nəzərdə tutulan Cənubi Qafqaz (Bakı-Tbilisi-Ərzurum) qaz kəməri də Azərbaycanın sərəncamındadır.

Azərbaycan Sənaye və Energetika Nazirliyinin məlumatına görə, "Kəpəz" yatağının ehtiyatı 50 milyon ton neftdir. Yataq SSRİ zamanında Azərbaycan neftçiləri tərəfindən aşkar olunub. İttifaq dövründə Azərbaycanla Türkmənistan arasındakı orta xəttdə yerləşən yataq "Aralıq" adlanıb.

"Çıraq" və "Azəri" yataqlarının işlənməsinə gəlincə, bu yataqlar hazırda BP, ExxonMobil, Statoil kimi iri xarici şirkətlərin konsersiumu tərəfindən işlənilir. Azərbaycanda neft hasilatının əsas həcmi "Azəri-Çıraq-Günəşli" yatağının payına düşür. Bu yataqların blokuna nə şirkətlər, nə layihə iştirakçıları, nə də Azərbaycan tərəfindən heç vaxt mübahisə predmeti kimi baxılmayıb.

İştirakçıları BP, ExxinMobil və Statoil olan "Araz-Alov-Şərq" yatağının işlənməsinə müqavilə ilə yaranan vəziyyət nümunə ola bilər. İran tərəfindən irəli sürülmüş ərazi iddialarından sonra bu layihə dayandırılıb. Onun reallaşması Xəzərin statusu məsələsinin həlli ilə bağlıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti