...

"Bakıelektrikşəbəkə" SC borcu olan abunəçilərin elektrik enerjisini kəsəcək

Energetika Materials 11 Avqust 2009 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust / Trend /

"Bakıelektrikşəbəkə" SC (paytaxta elektrik enerjisinin paylanması və satışı üzrə idarə) növbəti dəfə Bakı üzrə istehlakçılardan elektrik enerjisindən istifadəyə görə borclarını ödəməyi tələb edir, SC-nin çərşənbə axşamı yayılmış məlumatında deyilir.

Tələblərə uyğun olaraq borcu olan abunəçilər ödəmələri avqustun 12 saat 15:00-a kimi həyata keçirməlidirlər. Əks halda, borclarını ödəməyən abunəçilərin elektrik enerjisi kəsiləcək. Borcu olan abunəçilərə heç bir güzəşt edilməyəcək.

Elektrik enerjisinin kəsilməsindən sonra borclarını ödəyən abunəçilərə elektrik enerjisinin verilməsinin bərpası bir neçə gün ərzində həyata keçiriləcək.

Elektrik enerjisindən istifadəyə görə ödəmələri həm poçt şöbələri, həm bank, həm də SC-nin rəsmi internet saytı vasitəsilə həyata keçirmək olar. 

Xəbər lenti

Xəbər lenti