Azərbaycan, Bakı, 19 avqust / Trend , müxbir A.Bədəlova /
Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağı Amerikanın Konsaltinq Assosiasiyası CERA -nın reytinqində (Cambridge Energy Research Associates) dünyanın 20 böyük yatağı arasında üçüncü yeri tutub.
CERA-nın qiymətləndirməsinə əsasən, bu yataq blokunda neft hasilatının sutkalıq həcmi 850 min barel təşkil edir.
"Azəri-Çıraq-Günəşli" yatağı üzrə PSA tipli müqavilə 1994-cü ildə imzalanıb, kapital qoyuluşunun ümumi həcmi 20 milyard dollar təşkil edir. Opreatoru BP olan blokda hasil edilən neft ehtiyatları bir milyard barel həcmində qiymətləndirilir. "Azəri-Çıraq-Günəşli" yatağında Bakı-Tbilisi-Ceyhan bor kəməri ilə çatdırılan Türkiyənin Ceyhan limanından ixrac olunan Azeri Light markalı yüngül neft hasil edilir. Bu yatqdan neft ixracı Bakı-Supsa boru kəməri ilə də həyata keçirilir.
Böyük yataqlar siyahısında birinci yeri sutkada beş milyon barel neft hasil edən Səudiyyə Ərəbistanın Qavar yatağı, ikinci yeri sutkada 1,2 milyon neft hasil edən Küveytin Burqan yatağı tutub.
CERA reytinqində dünyanın ən böyük neft yataqları
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]