Azərbaycan, Bakı, 19 avqust / Trend /
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Pirallahı" yatağında iki yeni neft quyusunu istifadəyə verib. Bu barədə çərşənbə günü ARDNŞ-dən yayılan məlumatda deyilir. Bu yataq "Abşeronneft" Neft-Qaz Çıxarma İdarəsinin balansındadır.
Hər quyudan sutkada 7 ton neft çıxarılır. Bir quyunun dərinliyi 1140, digərininki isə 1420 metrdir.
"Pirallahı" yatağı 1902-ci ildən istismar olunur. 107 il ərzində yataqdan 27 milyon ton neft hasil edilib. Son hesablamalara görə, yatağın qalan ehtiyatı iki milyon tondur.
Azrəbaycanda 57 neft-qaz yatağı var. Onlardan 18-i dənizdə, qalanları isə quruda yerləşir. ARDNŞ-nin əməkdaş ştatı 62 min nəfərdən çoxdur.