...

Gürcüstan hökuməti və ARDNŞ yeni abonentlər üçün qazın tariflərinin azaldılması barədə razılığa gəliblər

Energetika Materials 1 Sentyabr 2009 15:07 (UTC +04:00)
Gürcüstan hökuməti ilə ARDNŞ arasında aparılan danışıqlar nəticəsində Gürcüstan əhalisi üçün tariflərin azaldılması barədə razılıq əldə olunub.
Gürcüstan hökuməti və ARDNŞ yeni abonentlər üçün qazın tariflərinin azaldılması barədə razılığa gəliblər

Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstan hökuməti ilə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) arasında aparılan danışıqlar nəticəsində Gürcüstan əhalisi üçün tariflərin azaldılması barədə razılıq əldə olunub. Bu barədə bu gün brifinqdə Gürcüstanın energetika naziri Aleksadr Xetaquri deyib.

"Çətin və uzun sürən danışıqlar apardıq. Bu danışıqlar uğurla nəticələndi və indi yeni qoşulmuş abonentlər aşağı tariflərlə ödəmələr edəcək", - o deyib və qeyd edib ki, tariflərin azaldılması həm Tbilisi, həm də bölgə sakinlərinə şamildir.

Tbilisidə bu yaxınlarda qaz təchizatı sisteminə qoşulan vətəndaşlar 0,75 lari ödəyirdilər (1 dollar = 1,68 lari). İndi, sentyabrın 1-dən onlar qazın bir kubmetri üçün 0,50 lari ödəyəcəklər. Bölgələrdə tariflərin azalması bir kubmetr üçün 0,20-0,25 lari təşkil edir.

ARDNŞ Gürcüstan üçün əsas təbii qaz tədarükçüsüdür. Onun SOCAR-Georgia törəmə müəssisəsi ilin sonunadək Gürcüstanın bölgələrində daha 57 min abonenti qazla təmin etmək niyyətindədir.

"Qarşıdakı qışın astanasında tariflərin azalması əhalimiz üçün əhəmiyyətlidir və bu, azərbaycanlı tərəfdaşımız sayəsində mümkün oldu", - Xetaquri deyib.

Onun sözlərinə görə, bu saziş perspektivə hesablanıb. Ölkədə əhalinin 45 faizinin qazla təmin edilməsi gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti