...

ARDNŞ neft bitumunun istehsalını artırıb

Energetika Materials 9 Sentyabr 2009 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr / Trend /

Yanvar-avqust aylarında Azərbaycanda təxminən 160 min ton neft bitumu istehsal edilib. 2008-ci ilin müvafiq dövründə bu rəqəm 129,3 min ton təşkil edib. Bu barədə ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bildirilib.

Avqustda ARDNŞ 25,3 min ton neft bitumu istehsal edib.

2008-ci ildə Azərbaycanda ümumilikdə 220,37 min ton neft bitumu istehsal edilib. 2007-ci ildə isə bu göstərici 182,86 min ton olub.

2006-cı ildə ARDNŞ-nin neft bitumu istehsalının həcmi 161,94 min ton olub.

Xəbər lenti

Xəbər lenti