...

Dördüncü rübdə "Bakı-Novorossiysk" neft kəməri ilə 600 min tondan çox neft nəql ediləcək

Energetika Materials 24 Sentyabr 2009 18:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir E.İsmayılov /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) dördüncü rübdə Rusiyanın Novorossiysk limanından "Bakı-Novorossiysk" neft kəməri ilə doldurulan 628 min ton neft göndərəcək. Bu barədə Energy Intelligence Group yazır.

Novorossiysk limanı vasitəsilə ARDNŞ-nin xüsusi neftinin yüklənməsi həyata keçirilir. ARDNŞ bu ilin yanvar-avqustunda "Bakı-Novorossiysk" şimal neft kəməri ilə 1,7 milyon tondan çox neft ixrac edib. Bu rəqəm 2008-ci ilin analoji dövründə 865 min ton olub.

2009-cu ildə ARDNŞ "Bakı-Novorossiysk" boru kəməri ilə neft nəqlini 2,5 milyon tonadək artırmaq niyyətindədir. Bu göstərici 2008-ci ildə 1,3 milyon ton olub.

Bu gün Azərbaycan "Bakı-Novorossiysk" boru kəməri ilə ixrac vasitəsilə digər istehsalçıların nefti ilə qarışdırmaya görə Urals markalı neftə çıxış əldə edir.

2007-ci ilin sonuna qədər "Bakı-Novorossiysk" boru kəmərinin operatoru ABƏŞ olub, sonra bu finksiyanı ARDNŞ-yə ötürüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti