...

ABŞ bankı neftə olan tələbatın artmasını proqnozlaşdırır

Energetika Materials 26 Sentyabr 2009 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr / Trend , müxbir A.Bədəlova /

Dünyanın ən böyük banklarından biri olan ABŞ-ın JP Morgan bankının analitikləri 2010-cu ildə dünyada neftə olan tələbatın sutkada 1,3 milyon barel artaraq sutkada 85,7 milyon barelədək artacağını proqnozlaşdırır.

Növbəti ildə neftə olan tələbatın ümumi həcminin sutkada 45,5 milyon bareli İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrinin payına, sutkada 40,1 milyon bareli isə təşkilata daxil olamayan ölkələrin payına düşəcək.

Bu il, bank analitiklərinin proqnozlarına görə, dünyanın neftə olan tələbatı sutkada 1,8 milyon barel azalaraq sutkada 84,4 milyon barel təşkil edəcək. 2009-cu ilin dördüncü rübündə dünyanın neftə olan tələbatı proqnozlara əsasən sutkada 85,1 milyon barel təşkil edəcək.

İƏİT ölkələri bu ildə sutkada 45,7 milyon barel istehlak edəcək. Bu təşkilata daxil olmayan ölkələrdə neftə olan tələbat proqnozlara əsasən sutkada 0,3 milyon barel artaraq 38,7 milyon barelə bərabər olacaq.

ABŞ bankı 2009-cu ildə ümumdünya neft tədarükləri həcminin 2,1 milyon barel azalaraq sutkada 84,2 milyon barel təşkil edəcəyini proqnozlaşdırır. 2010-cu ildə isə bankın analitikləri dünya tədarüklərinin 1,1 milyon barel artaraq sutkada 85,3 milyon barel təşkil edəcəyini proqnozlaşdırır.

OPEK-in neft tədarükləri səviyyəsi, bank analitiklərinin proqnozlarına əsasən, 2009 və 2010-cu illərdə 28,5 və 26,6 milyon barel təşkil edəcək.

OPEK-ə daxil olamayan ölkələr 2009-cu ildə sutkada 48,7 milyon barel və 2010-cu ildə 49,2 milyon barel neft tədarük edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti