...

Azərbaycan və Qazaxıstan enerji sahəsində müqavilə imzalayacaqlar - nazir

Energetika Materials 1 Oktyabr 2009 12:29 (UTC +04:00)
Bakıda Azərbaycan-Qazaxıstanın iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın altıncı iclasının yekunlarına əsasən, protokol qəbul olunub. Sənəd Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Qazaxıstanın energetika naziri Sauat Mınbayev tərəfindən imzalanıb.
Azərbaycan və Qazaxıstan enerji sahəsində müqavilə imzalayacaqlar - nazir

Bakı, Azərbaycan, 01 oktyabr / Trend , müxbir E.İsmayılov/

Bakıda Azərbaycan-Qazaxıstanın iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın altıncı iclasının yekunlarına əsasən, protokol qəbul olunub. Sənəd Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Qazaxıstanın energetika naziri Sauat Mınbayev tərəfindən imzalanıb.

Komissiya tərəfindən Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin oktyabrın 2-3-də Azərbaycana səfəri zamanı ölkə hökumətləri arasında beş sənədin imzalanması tövsiyə edilib.

- Azərbaycan və Qazaxıstan arasında 1992-93-cü illərdə ticari-iqtisadi münasibətlər nəticəsində yaranan borcun ödənilməsi haqqında;

- Baytarlıq sahəsində əməkdaşlıq müqaviləsi;

- vətəndaşların qarşılıqlı vizasız hərəkəti;

- Kənd Təsərrüfatı Nazirlikləri arasında əməkdaşlıq haqqında müqavilə;

- Sumqayıt və Aktau qardaş şəhərlərinin münasibətlərinin yaranmasına dair birgə bəyannamə.

Qazaxıstanın energetika nazirinin sözlərinə əsasən, həmçinin "KazMunayQaz" SC və ARDNŞ arasında enerji sahəsində müqavilənin imzalanması planlaşdırılır. Bu müqavilə Azərbaycan ərazisi vasitəsilə Qazaxıstan Transxəzər neft nəqli sisteminin yaradılması üzrə TİƏ hazırlanmasını nəzərdə tutacaq.

Xəbər lenti

Xəbər lenti