...

Azərbaycan neftinin qiyməti sentyabrın 30-da artıb

Energetika Materials 1 Oktyabr 2009 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 oktyabr / Trend , müxbir E.İsmayılov/

Sentyabrın 30-da CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $67,77/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə axşamı verilən məlumata görə, çərşənbə günü neftin qiyməti çərşənbə axşamına nisbətən $1,65/barel artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan "Bakı-Tbilisi-Ceyhan" boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryol ilə Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 30-da $66,78/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,63/barel çoxdur.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal "Bakı-Novorossiysk" boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 30-da $64,81/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $1,69/barel çoxdur.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti sentyabrın 30-da $65,68/barel təşkil edib. Bu, əvvəlki qiymətdən $1,36/barel çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti