...

Qətərlə Türkiyə arasında enerji sahəsində əməkdaşlıq barədə razılıq imzalanıb

Energetika Materials 7 Oktyabr 2009 12:30 (UTC +04:00)
KLTV yazdığına gərə, Qətərlə Türkiyə arasında enerji sahəsində mayeləşdirilmiş qazın Türkiyəyə nəqlini nəzərdə tutan əməkdaşlıq barədə razılıq imzalanıb.
Qətərlə Türkiyə arasında enerji sahəsində əməkdaşlıq barədə razılıq imzalanıb

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir A.Bədəlova/

KLTV yazdığına gərə, Qətərlə Türkiyə arasında enerji sahəsində mayeləşdirilmiş qazın Türkiyəyə nəqlini nəzərdə tutan əməkdaşlıq barədə razılıq imzalanıb.

Razılaşmanın şərtləri açıqlanmır.

Danışıqların davam etditilməsi üçün hər iki ölkə tərəfindən energetika üzrə işçi qrupun yaradılması nəzərdə tutulur.

Qətər yaxın illərdə MTQ (mayeləşdirilmiş təbii qaz) idxalını 77 milyon tona çatdırmaq üçün beynəlxalq tərəfdaşları ilə birlikdə milyardlarla dollar sərmayə yatırımı edir.

Bu gün Qətər MTQ ixracı üzrə liderdir. Onun ixrac etdiyi qazın həcmi 38.8 milyard kubmetr təşkil edir.

Təbii qaz ehtiyatlarına görə Qətər Rusiya və İrandan sonra üçüncü yeri tutur. BP-dən verilən məlumatlara əsasən, ölkədə 2009-cu ilin əvvəlinə qaz ehtiyatı 25.46 trilyon kubmetr təşkil edib ki, bu da dünya qaz ehtiyatının 13.8 faizini təşkil edir. 2008-ci ildə Qətərdə 76.6 milyard kubmetr qaz hasil edilib ki, bu da 2007-ci ildəki hasilatdan 20.9 faiz artıqdır.

Türkiyə Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qazın ixracı nəzərdə tutan "Nabukko" layihəsinin iştirakçılarından biridir. Nəzəri olaraq Qətər qazı da bu ölkə ilə Türkiyə arasında nəzərdə tutulan qaz kəməri vasitəsilə bu kəmərə qoşula bilər. Amma bununla belə, bu fikir inandırıcı görünmür.

Macarıstanın "Nabukko" layihəsi üzrə xüsusi nümayəndəsi Mixay Bayer belə hesab edir ki, Türkiyə ilə Qətər danışıqlara təzə başlayıb və bu kəmərin tikintisinə cox vaxt sərf olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti