Türkmənistan, Aşqabad, 17 oktyabr /Trend Neüs, müxbir H.Həsənov/
Dragon Oil şirkəti tərəfindən Türkmənistanın neft qaz sektoruna qoyulan investisiyanın ümumi həcmi 800 milyon manatdan artıqdır, şirkətin başçısı Əbdül Cəlil Əl Xəlif bu günlərdə Aşqabadda keçirilən Beynəlxalq İnvestisiya Forumunda deyib.
Dragon Oil 1999-cu ildən Türkmənistan bazarındadır. Şirkət rəhbərinin sözlərinə görə, investisiya həcmi artırlacaq: 2010-cu ildə 700 milyon ABŞ dollarınadək investisiya qoyulacaq. Cari ildə bu göstərici 400 milyon dollar olub. Fəaliyyət ili ərzində Türkmənistanın Xəzər sektorunun şərq hissəsində Çeleken dəniz ərazisindən gündəlik hasil edilən neftin ümumi həcmi sutkada 7 min bareldən 45 min barelədək artıb.
Razılaşdırılmış ərazidə iki neft qaz yatağı - Ceytun və Ciqalıbeq yataqları yerləşir. Müstəqil auditorun məlumatına görə, karbohidrogenlərin ehtiyyat bazası 636 milyon barel neft təşkil edir, proqnozlaşdırılmış qaz ehtiyyatı isə 3,2 trilyon kub fut olaraq dəyərləndirilir.
Məhsul Bölümünə Dair Razılaşma çərçivəsində şirkət quyuların bərpa edilməsi işlərini həyata keçirib, platformalarda yenidən qurma işləri aparıb və boru kəmərləri bərkidib. Hazırda məhsulların sahil infrastrukturuna çatdırılması üçün kommunikasiya inşa edilir.