...

Amerika bankı 2010-cu ildə dünyanın neftə tələbatının artacağını proqnozlaşdırır

Energetika Materials 26 Oktyabr 2009 10:51 (UTC +04:00)
Dünyanın iri banklardan biri - Amerikanın JPMorgan bankının analitikləri 2010-cu ildə dünyanın neftə tələbatının sutkada 1.5 milyon barel artaraq 86 milyon barel/sutka təşkil edəcəyini proqnozlaşdırırlar. Ötən ay bank 2010-cu ildə dünyanın neftə olan tələbatının 85.7 milyon barel/sutka təşkil edəcəyini proqnozlaşdırırdı.
Amerika bankı 2010-cu ildə dünyanın neftə tələbatının artacağını proqnozlaşdırır

Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir A. Bədəlova/

Dünyanın iri banklardan biri - Amerikanın JPMorgan bankının analitikləri 2010-cu ildə dünyanın neftə tələbatının sutkada 1.5 milyon barel artaraq 86 milyon barel/sutka təşkil edəcəyini proqnozlaşdırırlar. Ötən ay bank 2010-cu ildə dünyanın neftə olan tələbatının 85.7 milyon barel/sutka təşkil edəcəyini proqnozlaşdırırdı.

Bankın proqnozuna görə, ümumi tələbatdan sutkada 45.8 milyon bareli İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrinin, 40.2 milyon bareli isə bu təşkilata daxil olmayan ölkələrin payına düşür.

Bankın analitiklərinin proqnozlarına görə, bu il dünyanın neftə tələbatı sutkada 1.8 milyon barel azalaraq 84.5 milyon barel/sutka təşkil edəcək. Proqnozlara görə, 2009-cu ilin dördüncü rübündə dünyanın neftə tələbatı sutkada 85.2 milyon barel təşkil edəcək.

Bu il İƏİT ölkələrinin payına sutkada 45,6 milyon barel neft, bu təşkilata daxil olmayan ölkələrin payına isə 38,9 milyon barel/sutka düşəcək.

Bankın proqnozuna əsasən, bu il ümumdünya neft tədarükü 1.9 milyon barel azalaraq sutkada 84.4 milyon barel təşkil edəcək. 2010-cu ildə neft tədarükü 1,3 milyon barel artaraq sutkada 85,7 milyon barelə çatacaq.

Bankın proqnozuna görə, OPEK 2009-2010-cu illərdə sutkada 28,7 və 29.1 milyon barel neft tədarük edəcək.

OPEK-ə daxil olmayan ölkələr 2009-cu ildə sutkada 48,7 milyon barel neft tədarük edəcəklər. 2010-cu ildə bu ölkələrin tədarükünün həcmi sutkada 49,1 milyon barel olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti