Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir E.İsmayılov/
ABŞ Dövlət Enerji İnformasiyası İdarəsindən (EİA) verilən məlumata əsasən, ölkə bu ilin yanvar-avqust aylarında 2008-ci ilin analoji döründəki 16.4 milyon barel neftlə müqayisədə Azərbaycandan 13,6 milyon bareldən çox neft idxal edib.
Yanvarda ABŞ Azərbaycandan 2,1 miyon barel neft idxal edib. Fevralda ABŞ-a Azərbaycan nefti idxal olunmayıb. Martda bu göstərici 2,5 milyon barel, apreldə isə 3,1 milyon bareldən artıq olub. Mayda Azərbaycan neftinin idxalı 630 min barel, iyunda isə 3 milyon barel təşkil edib. İyulda Azərbaycan neftinin idxalı 1 milyon barel, avqustda isə 1.2 milyon barel olub.
2007-ci ilin göstəricisi 20,6 miyon barelə nisbətdə 2008-ci ildə ABŞ Azərbaycandan 26,8 milyon barel neft idxal edib. 2006-cı ildə bu göstərici 9,7 milyon barel olub.
Azərbaycan neftinin nəql olunduğu əsas marşrut "Bakı-Tbilisi-Ceyhan" boru kəməridir. Azərbaycanın yüngül nefti həmçinin Supsa limanına da ixrac olunur. Eyni zamanda, neftin ixracı Batumi və Novorossiysk limanlarından da həyata keçirilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]