...

Sentyabrda Bakıda elektrik enerjisi istehlakı azalıb

Energetika Materials 31 Oktyabr 2009 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr / Trend , müxbir E.İsmayılov /

Yanvar-sentyabr aylarında "Bakıelektrikşəbəkə" SC (Bakıda elektrik enerjisinin satışı və paylanması) "Azərenerji" SC-dən (böyük elektrik enerjisi istehsalçısı) təxminən 6,1 milyard kilovat-saat elektrik enerjisi alıb. Bu göstərici yanvar-avqust aylarında 5,5 milyard kilovatt-saatdan çox təşkil edib. Bu barədə "Bakıelektrikşəbəkə"nin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Sentyabrda "Bakıelektrikşəbəkə" SC tərəfindən 517 milyon kilovatt-saat elektrik enerjisi alınıb. Avqust ayında bu göstərici 537,8 milyon kilovatt-saat təşkil edib.

"Azərenerji" SC tərəfindən tədarük olunan elektrik enerjisinə görə "Bakıelektrikşəbəkə"nin yanvar-sentyabr aylarında ödəmələri 84,7 faiz təşkil edib.

Sentyabrda "Azərenerji"dən alınan elektrik enerjisi üzrə ödəmələr avqustda olan 91 faizə nisbətdə 85 faiz təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti