...

Tələbələr ARDNŞ təqaüdü almaq üçün imtahan veriblər

Energetika Materials 31 Oktyabr 2009 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr / Trend /

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanın ali məktəb tələbələri arasında ARDNŞ təqaüdünün alınması üçün test imtahanları keçirib, cümə günü komissiyadan yayılan məlumatda deyilir.

İmtahanlarda iştirak etmək üçün 480 nəfər qeydiyyatdan keçib, onlardan 459 nəfəri imtahanda iştirak edib.

İmtahan başa çatdıqdan sonra komissiya işçiləri cavab kartlarını yoxlayıblar. Nəticələr ARDNŞ-a təqdim ediləcək. İkinci tura buraxılmaq üçün keçid balı ARDNŞ tərəfindən müəyyənləşdiriləcək. Namizədlər ikinci turda ARDNŞ-in əməkdaşlarından ibarət komissiyanın apardığı müsahibədə iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti