...

ARDNŞ iri dəniz yataqlarındakı quyularda işlər aparacaq

Energetika Materials 4 Noyabr 2009 15:00 (UTC +04:00)

Azəbaycan, Bakı, 04 noyabr / Trend /

Hazırda "Neft Daşları" neft-qaz emalı müəssisəsində (NQEM) ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 496 quyudan istifadə edir, onlardan 454-ü işlək, 36-sı qeyri-işlək vəziyyətdədir və altı quyu istismar edilir.

NQEM "Neft Daşları" və "Plaçıq vulkanı" yataqlarını işləyir.

Oktyabrda "Neft Daşları" NQEM-i 36 quyuda texniki tədbir və 6 quyuda geoloji tədbir həyata keçirib. Üç quyuda əsaslı təmir işləri görülüb.

Azərbaycan Prezidentin sərəncamına əsasən, "Neft Daşları" yatağında neft hasilatının illik həcmini 1,2 milyon tona qədər (1,5 dəfə) artırılmalıdır. ARDNŞ geoloqlarının qiymətləndirməsinə görə, "Neft Daşları" yatağında qalan neftin həcmi 30 milyon ton təşkil edir. 2010-cu ilə qədər yataqda neft hasilatını artırmaq üçün ARDNŞ 78 yeni neft quyusu qazacaq.

Xəbər lenti

Xəbər lenti