...

Azərbaycanda yeni neft-qaz terminalının inşası tezləşdiriləcək - Azersun Holding-in prezidenti

Energetika Materials 6 Noyabr 2009 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 noyabr / Trend , müxbir E.İsmayılov/

Azərbaycanın Qaradağ rayonunda "Azersun" şirkətinin yeni neft-qaz terminalının inşası 2010-cu ilin sonuna başa çatacaq. Bu barədə Azersun Holding-in prezidenti Abdulbari Gözəl deyib.

"Qaradağ terminalında işlər sürətlə davam edəcək. Terminalın tikintisi gələn ilin sonuna kimi başa çatacaq", - deyə Gözəl bildirib.

Onun sözlərinə görə, terminalın tikintisi üzrə işlər uğurla davam etdirilir. Artıq rezervuarlar tikilib, limanda işlər davam edir.

Qaradağda neft terminalının tikintisi 3 mərhələdə həyata keçitirləcək. İlkin mərhələdə terminalın yüklənmə gücü 6 milyon ton olacaq. Növbəti iki mərhələdə isə artaraq 20 milyon tona çatacaq.

Terminal inşasının üçüncü fazasının başa çatması 2012-ci ilə planlaşdırılıb. İkinci mərhələ yanalma körpülərinin tikintisini, əsasən də Qazaxıstan və Türkmənistandan olan neft tədarükçüləri ilə müqavilələrin bağlanmasını nəzərdə tutur. Terminalın yüklənmə gücü ilkin mərhələdə 5 milyon təşkil edəcək, sonra isə 20 milyon tonadək çatdırılacaq.

Qaradağ terminalı məhdud növdə, lakin böyük həcmlərdə məhsulların (kondensat və neft) qəbulu üçün nəzərdə tutulub. Bu terminal vasitəsilə "Kaşağan" yatağından hasil edilən xam neftin qəbulu da nəzərdə tutulur. Neft Qara dəniz sahilindəki terminallara və "Bakı-Tbilisi-Ceyhan" neft kəməri ilə Ceyhan limanına nəql ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti