...

Oktyabrda Azərbaycan İES 350 milyon kVt/s elektrik enerjisi istehsal edib

Energetika Materials 10 Noyabr 2009 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr / Trend /

Oktyabrda Mingəçevirdə yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası"nda proqnozlaşdırılmış 350 milyon kilovat-saata qarşı 358,8 milyon kilovaat-saat elektrik enerjisi istehsal edilib. Bu barədə çərşənbə axşamı "Azerenerji" SC-dən yayılan məlumatda deyilir.

Cənubi Qafqazda ən böyük enerji obyekti olan bu elektrik stansiyası 8 enerji blokundan ibarətdir ki, Azərbaycanda istehsal edilən elektrik enerjisinin 45 faizi onun payına düşür. Hazırda stansiyada modernləşmə işləri aparılır. 8 enerji blokunun yenidən qurulması hesabına stansiyanın gücünün artırılması planlaşdırılır. Hər blokun gücü 300 meqavat təşkil edir.

2010-cu ilin sonuna İES-in enerji bloklarının modernləşdirilməsi prosesinin tam başa çatdırılması planlaşdırılır. Yenidənqurma nəticəsində İES-in gücü 2400 meqavatdan 3000 meqavata çatacaq.

Xəbər lenti

Xəbər lenti