...

Bakı İES elektrik enerjisi istehsalını artırıb

Energetika Materials 19 Noyabr 2009 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr / Trend /

Yanvar-oktyabr aylarında Bakı İstilik Elektrik Stansiyası (İES) tərəfindən proqnozlaşdırılmış 298 milyon kilovat-saat elektrik enerjisinin əksinə olaraq, 329,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu barədə cümə axşamı "Azərenerji" SC tərəfindən yayılan məlumatda deyilir.

Məlumata görə, bu dövrdə İES tərəfindən proqnozlaşdırılmış 263,7 min geqakalorinin əksinə 305,8 min geqakalori istilik enerjisi istehsal edilib.

Oktyabr ayında İES tərəfindən proqnozlaşdırılmış 29 milyon kilovat-saatın əksinə 30,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu dövrdə 19 min geqakalori istilik enerjisi istehsal edilib.

Xəbər lenti

Xəbər lenti