...

Aİ-nin enerji tədarükü diversifikasiyası üzrə siyasəti kifayət qədər səmərəli deyil – ABŞ eksperti

Energetika Materials 23 Noyabr 2009 11:07 (UTC +04:00)
Hal-hazırda Aİ-nin enerji tədarükü diversifikasiyası üzrə siyasəti Avropa İttifaqının bu məsələdə kifayət qədər səy göstərməməsi ilə əlaqədar o qədər də uğurlu deyil, ABŞ-ın Atlantika Şurası yanında Avrasiya Energetika Mərkəzinin direktor müavini Aleksandros Peterson belə hesab edir. "İndiyə kimi Aİ-nin enerji tədarükü üzrə diversifikasiyası müvəffəqiyyətlə başa çatmayıb, əsasən ona görə ki, bir çox başqa prioritetlərə sahib olan Aİ bu məsələdə kifayət qədər səy göstərmir", Bakıda səfərdə olan Peterson bu barədə Trend Capital-a deyib.
Aİ-nin enerji tədarükü diversifikasiyası üzrə siyasəti kifayət qədər səmərəli deyil – ABŞ eksperti

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 noyabr / Trend , müxbir A.. Bədəlova/

Hal-hazırda Aİ-nin enerji tədarükü diversifikasiyası üzrə siyasəti Avropa İttifaqının bu məsələdə kifayət qədər səy göstərməməsi ilə əlaqədar o qədər də uğurlu deyil, ABŞ-ın Atlantika Şurası yanında Avrasiya Energetika Mərkəzinin direktor müavini Aleksandros Peterson belə hesab edir.
"İndiyə kimi Aİ-nin enerji tədarükü üzrə diversifikasiyası müvəffəqiyyətlə başa çatmayıb, əsasən ona görə ki, bir çox başqa prioritetlərə sahib olan Aİ bu məsələdə kifayət qədər səy göstərmir", Bakıda səfərdə olan Peterson bu barədə Trend -a deyib.

Onun sözlərinə görə diversifikasiya nöqteyi nəzərindən Xəzər regionu xüsusilə Azərbaycan Aİ üçün çox önəmlidir, o yalnız bütün Avropa İttifaqının deyil, həmçinin Mərkəzi və Şərqi Avropa ölkələri daxil olmaqla əsas üzvlərinin enerji təhlükəsizliyini artırır.
Lakin onun fikrincə, Avropa İttifaqı bu regionun vacibliyini bütünlüklə anlamır. Buna baxmayaraq bəzi ayrı ölkələr - İsveç, Polşa, Bolqarıstan və Yunanıstan Xəzər regionu, xüsusilə Azərbaycanla yaxşı əməkdaşlıq siyasəti aparır.

Petersonun sözlərinə görə, Aİ daha vacib enerji məsələlər haqqında kifayət qədər biliklərə malik deyil.

Dövlət siyasəti üçün neft-qaz sahəsinin əsas olduğu Azərbaycan kimi ölkələrdə yüksək vəzifəli məmurlar energetika məsələləri haqqındada adətən daha çox məlumatlı olurlar. Lakin Avropada vəziyyət başqa cürdür. Orada enerji məsələləri, həmçinin də Xəzər regionu haqda biliklər mövcud deyil.

Lakin Petersonun sözlərinə görə vəziyyət yaxşılaşır. "Qış böhranları"ndan və Avropa ölkələrinə qaz tədarükünün dayandırılmasından sonra Aİ regionun vacibliyini daha yaxşı anlamağa başlayıb.

"Nabukko" qaz kəməri layihəsi haqqında danışarkən, Peterson qeyd edib ki, hal-hazırda o, həyata keçirilməsi üçün lazımı siyasi dəstəyə malik deyil.

Rusiya və Almaniya tərəfindən böyük dəstəyə, həmçinin həyata keçirilmə vasitələrinə malik olan Rusiyanın "Şimal Axını" layihəsindən fərqli olaraq, "Nabukko" layihəsi hələlik belə dəstəyə malik deyil, Peterson hesab edir.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" kəməri ilə Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qazın ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Layihənin ümumi dəyərinin təxminən 30 faizi layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International-ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə kreditorların hesabına maliyyələşdiriləcək.

"Şimal axını" layihəsi Nord Stream AG şirkəti tərəfindən həyata keçirilir. Söz gedən şirkət Almaniyanın BASF E.On və N.V. Nederlandse Gasunie konsernləri ilə "Qazprom" ASC-nin birgə müəssisəsidir. Baltik dənizinin dibi ilə salınan qaz kəməri ilə Rusiyanın birbaşa qaz tədarüklərinin Qərb ölkələrinə nəql edilməsini nəzərdə tutulur. Nord Stream tərəfindən xammal bazası Ştokman yatağı müəyyən edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti