...

Bolqarıstan həm "Nabukko", həm də "Cənub Axını" layihəsində iştirak etməyə hazırdır

Energetika Materials 4 Dekabr 2009 20:21 (UTC +04:00)
Bolqarıstan həm "Nabukko", həm də "Cənub Axını" layihəsində iştirak etmək niyyətindədir, ölkənin baş naziri Boyko Borisov deyib.
Bolqarıstan həm "Nabukko", həm də "Cənub Axını" layihəsində iştirak etməyə hazırdır

Azərbaycan, Bakı, 04 dekabr/Trend capital, müxbir A.Bədəlova/

Bolqarıstan həm "Nabukko", həm də "Cənub axını" layihəsində iştirak etmək niyyətindədir, ölkənin baş naziri Boyko Borisov deyib.Onun sözlərinə görə, Bolqarıstan əvvəl bu layihələrindən hansı birinci fəaliyyətə başlayacaqsa ona qoşulacaq. Lakin digər layihədən də imtina etməyəcək.

"Nabukko" Aİ üçün prioritet layihədir, Rusiyanın "Cənub axını" layihısi isə çox tez irəliləyir, və demək olar hər gün bir çox Avropa ölkələri bu layihəyə qoşulur",Borisov deyib, Sofia News Agency yazır.

Borisovun sözlərinə görə, Bolqaristan hər iki layihədə də iştirak edə bilər. Belə ki, onların hər ikisi ölkə üçün səmərəli layihələrdir.

Hər iki layihənin nümayəndələrinin bəyanatlarına baxmayaraq, "Nabukko" və "Cənub axını" faktiki olaraq rəqib lyihələrdir.

Aİ tərəfindən dəstəklənən "Nabukko" layihəsi Rusiya qazından asılılığı azaltmağı və enerji tədarükü mənbələrini və marşrutlarını diversifikasiyalaşdırmağı nəzərdə tutur. Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Layihənin realizəsi yolundakı ən mühüm addım bu ili yayında 5 tr5anzit ölkə ilə imzalanan hökumıətlər arası razılaşma olub. Hökümətlərarası müqavilənin imzalanmasından sonrakı addım "open season" prosesi - boru kəmərinin doldurulmasına sifarişlərin qəbulu olacaq. Bundan sonra, 2010-cu ilin birinci rübündə layihə üzrə yekun sərmayə qərarı qəbul ediləcək.

"Cənub Axını" layihəsi Qara dənizin dibi ilə Rusiyadan Cənubi və Mərkəzi Avropaya qaz tədarükünü nəzərdə tutur. Layihənin əsas iştirakçıları Rusiyanın "Qazprom" və İtaliyanın ENİ şirkətidir. Avstriyadan başqa qaz kəmərinin keçəcəyi bütün ölkələrlə müqavilə imzalanıb.

Qaz kəmərinin istismara verilməsi 2015-ci ilə planlaşdırılır. Qaz kəməri layihəsinin planlaşdırılmış maksimum gücü ildə 63 milyard kubmetr təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti