Azərbaycan, Bakı, 05 yanvar / Trend , müxbir E.İsmayılov/
2009-cu ilin yanvar-oktyabr aylarında ABŞ Azərbaycandan 2008-ci ilin analoji dövründə idxal edilmiş 22,3 milyon barel neftə nisbətdə 20,75 milyon barel neft idxal edib. Bu barədə ABŞ-ın Dövlət Enerji İnformasiya İdarəsinin (EIA) məlumatında deyilir.
Yanvarda ABŞ Azərbaycandan 2,1 milyon barel neft idxal edib. Fevralda ABŞ Azərbaycandan neft idxal etməyib. Martda bu göstərici 2,5 milyon barel, apreldə isə 3,1 milyon barel neft təşkil edib. May ayında idxal edilən Azərbaycan nefti 630 min barel, iyunda təxminən üç milyon barel, iyunda bir milyon barel, avqustda 1,2 milyon bareldən çox, sentyabrda üç milyon bareldən çox, oktyabrda isə 4,14 milyon barel neft təşkil edib.
Ümumilikdə, 2008-ci ildə ABŞ Azərbaycandan 26,8 milyon barel neft idxal edib. 2007-ci ildə bu göstərici 20,6 milyon barel, 2006-cı ildə isə 9,7 milyon barel neft təşkil edib.
Azərbaycan neftinin nəql edildiyi əsas ixracat marşrutu Azərbaycan neftini Ceyhan limanına çatdıran "Bakı-Tbilisi-Ceyhan" boru kəməridir.
Azərbaycanın yüngül nefti "Bakı-Supsa" boru kəməri vasitəsilə Gürcüstanın Supsa limanından ixrac olunur.
Neft həmçinin dəmiryol vasitəsilə Gürcüstanın Batumi limanından, "Bakı-Novorossiysk" boru kəməri vasitəsilə Novorosiysk limanından ixrac olunur.