...

Azərbaycan Rusiyaya hər gün 200-250 min kVt/saat elektrik enerjisi ixrac edir – Azerenerji

Energetika Materials 5 Yanvar 2010 13:48 (UTC +04:00)
"Azerenerji" SC Rusiyaya sutkada 200-250 min kVt/saat elektrik enerjisi ixrac edir. Bu barədə çərşənbə günü "Azerenerji"nin vitse-prezidenti Marlen Əsgərov mətbuat konfransında deyib.
Azərbaycan Rusiyaya hər gün 200-250 min kVt/saat elektrik enerjisi ixrac edir – Azerenerji

Azərbaycan, Bakı, 05 yanvar / Trend , müxbir E.İsmayılov/

"Azerenerji" SC Rusiyaya sutkada 200-250 min kVt/saat elektrik enerjisi ixrac edir. Bu barədə çərşənbə günü "Azerenerji"nin vitse-prezidenti Marlen Əsgərov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiyaya ixrac edilən elektrik enerjisi gecə saatlarına düşür, çünki məhz bu vaxt ölkədə elektrik enerjisi artıq qalır. İri elektrik stansiyalarının işinin dayandırılması "Azerenerji"yə sərf etmir, çünki stansiyaların yandırılıb-söndürülməsi vaxt və vəsait itkisinə səbəb olur.

"Biz iri elektrik stansiyalarında həcmi maksimum azaldaraq kiçik SES-ləri dayandıra bilərik ki, bunun sayəsində də qalıq yaranır və Rusiyaya aşağı qiymətlə ixrac edirik", - Əsgərov deyib.

Rusiya, Azərbaycan və İran enerji sistemi birliyinə gəlincə, Əsgərov deyib ki, hazırda Moskva və Tehran bu məsələyə dair danışıqlar aparır.

"Azərbaycan bu layihəni reallaşdırmağa hazırdır, çünki bu layihə Azərbaycana öz elektrik enerjisini ixrac etməyə, həmçinin öz ərazisi vasitəsilə enerji tranzitindən gəlir əldə etməyə imkan verir", - Əsgərov deyib.

Xəbər lenti

Xəbər lenti