...

ARDNŞ yüksək debitli quyu qazmağa başlayıb

Energetika Materials 7 Yanvar 2010 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 yanvar / Trend , müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "8 mart-730" dəniz yatağının eyniadlı platformasında yüksək debitli qaz-kondensat istismar quyusunun qazma işlərinə başlayıb. Bu barədə cümə axşamı ARDNŞ-dəki mənbə bildirib.

Quyunun gözlənilən sutkalıq debiti 350 min kubmetrə yaxın qaz və 40 ton kondensat təşkil edir.

"Platformada lazımi avadanlıqların uzunsürən quraşdırılma prosesindən sonra quyunun qazma işləri başlayıb", - mənbə deyib.

Onun sözlərinə görə, hazırda quyunun dərinliyi 1000 metr təşkil edir, layihədə isə 5800 metr nəzərdə tutulub.

Əvvəlcə ARDNŞ 578 saylı platformasında yeni quyunun qazılmasını planlaşdırmışdı, lakin qazma qurğusunun montajının digər quyuların hasilatına mane olması səbəbindən qurğunu 730 saylı platformaya gətirmək və quyunu bu platformada qazmaq barədə qəbul edildi.

"Hazırda "8 Mart" yatağından sutkada 400 min kubmetr qaz hasil edilir. Geoloqlar gələcək qazma işləri üçün doqquz nöqtə müəyyən ediblər", - ARDNŞ-nin məlumatında deyilir.

Azərbaycanda 59 neft-qaz yatağı var, onlardan 18-i dənizdə, qalanları isə quruda yerləşir.

Xəbər lenti

Xəbər lenti