Azərbaycan, Bakı, 12 yanvar / Trend /
"2009-2013-cü illərə olan Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı dövlət proramı çərçivəsində ARDNŞ-ın "Azəriqaz" İstehsalat Birliyi Neftçala rayonunun qaz təminatının yaxşılaşdırılması üzrə işlər görür", - bu barədə ARDNŞ-dan çərşənbə axşamı yayılan məlumatda deyilir.
2009-cu ilin dekabr ayından etibarən iki yaşayış massivinin qazla təmin edilməsi üzrə işlərə başlanıb. Yanvarın 10-dək 1140 metr uzunluğunda 200 mm-lik daşıyıcı polietilen, 3345 metr uzunluğunda 160 mm-lik yeraltı polietilen və 8311 metr uzunluğunda 76 mm-lik yerüstü küçə qaz xətləri çəkilmişdi. Hazırda analoji işlər Neftçalanın digər hissələrində aparılır.
Şəmkir rayonunun Qaranüy kəndi üzrə 190 abonentin təbii qaz təchizatının bərpa edilməsi məqsədi ilə 2009-cu ilin dekabr ayından tikinti bərpa işlərinə başlanılıb.
Tərtib olunmuş layihə-smeta sənədlərinə əsasən, yaxın vaxtlarda orta təzyiqli daşıyıcı və paylayıcı, eləcə də aşağı təzyiqli qaz xətlərinin tikintisi nəzərdə tutlulub.