...

Azərbaycan Avropa üçün etibarlı və sabit qaz tədarükçüsü ola bilər - PFC Energy

Energetika Materials 15 Yanvar 2010 11:43 (UTC +04:00)
Azərbaycan Türkiyə ilə qazın qiyməti və tranzitinə dair məsələni həll edə bilsə Avropa üçün etibarlı və sabit qaz tədarükçüsü ola bilər, PFC Energy Consulting şirkətinin sabiq baş direktori Julia Nanay (Julia Nanay) hesab edir.
Azərbaycan Avropa üçün etibarlı və sabit qaz tədarükçüsü ola bilər - PFC Energy

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir N.Boqdanova, A.Bədəlova/

Azərbaycan Türkiyə ilə qazın qiyməti və tranzitinə dair məsələni həll edə bilsə Avropa üçün etibarlı və sabit qaz tədarükçüsü ola bilər, PFC Energy Consulting şirkətinin sabiq baş direktori Julia Nanay (Julia Nanay) hesab edir.

"Avropa yalnız Rusiyadan deyil, hımçinin bir sıra qaz tədarükçülərindən asılıdır. Azərbaycan "Şahdəniz" yatağının ikinci mərhələsinin qaz hasilatına başlaması ilə əlavə tədarükçü kimi nəzərdən keçirilir", - Nanay Vaşınqtonda Trend -ın xüsusi müxbirinə deyib.

Onun sözlərinə görə, "Nabukko" qaz kəməri Azərbaycan qazının öz yanacaq mənbələrinin diversifikasiyasına can atan Mərkəzi Avropaya çatmasına imkan verir.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qazın ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir.

Nanay hesab edir ki, Azərbaycan qazı həmin ölkələrə çatması üçün Türkiyə ərazisindən nəql olunmalı olacaq.

Azərbaycan və Türkiyə arasında qazın qiymətlərinə dair aparılan danışıqlara gəlincə Nanay deyib ki, regiondakı təcrübəni nəzərə alaraq ölkələr qarşılıqlı qəbul oluna bilən razılığa gəlməlidirlər. "Qazın qiymətləri bazar qüvvələrinə cavab olaraq qalxır", - Nanay deyib.

Onun sözlərinə görə, Türkiyə ərazisi vasitəsilə Avropaya yeni kəməri təchiz etmək üçün Azərbaycan ehtimal ki, kifayət qədər əlavə qaz hasil edəcək və eyni zamanda İran və digər ölkələr ilə müqavilə imzalayacaq.

"Əgər "Nabukko" kəməri inşa edilsə, o Azərbaycana, öz qazının müxtəlif istiqamətlərə tədarük etməsi üçün imkan verəcək. Əgər hansısa marşrut ilə problem yaranarsa, ölkə digər istiqamətlərdən istifadə edə bilər", - Nanay deyib. Onun sözlərinə görə, öz mövqeyi sayəsində Azərbaycan ixrac qazının müxtəlif variantlarının təchiz edilməsinin ən yaxşı obrazı olacaq.

Bu gün Azərbaycan, Rusiyaya ildə ən azı 500 milyon kub metr həcmində qaz tədarükü nəzərdə tutan ortamüddətli müqaviləyə malikdir. Bundan əlavə bu həftə Azərbaycan və İran, İranın şimal rayonlarına Azərbaycan qazının tədarükünü nəzərdə tutan qısa müddətli müqavilə imzalayıblar. Müqavilə 2010-cu ilin mart-aprel aylarınadək 100 milyon kub metr (sutkada 1,2 milyon kub metr qaz) Azərbaycan qazının İrana tədarükünü nəzərdə tutur. Yayda, ildə 1,5 və daha çox kub metr qazın İrana tədarükünü nəzərdə tutan uzunmüddətli müqavilənin imzalanması gözlənilir.

1984-cü ildə yaradılan PFC Energy dünya və regional səviyyədə investisiyaların strategiyası və qiymətləndirməsi və biznes qərarlarının qəbul edilməsi üçün özül olan senarilərin hərtərəfli analizini və hazırlanmasını həyata keçirir.

Xəbər lenti

Xəbər lenti