...

Azərbaycan neftinin qiymətləri yanvarın 21-də azalıb

Energetika Materials 22 Yanvar 2010 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir E.İsmayılov/

Yanvarın 21-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $77,1/barel təşkil edib. 1997-ci ildən xarici şirkətlərlə birlikdə yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə günü verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərşənbə gününə nisbətən $0,76/barel azalıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan "Bakı-Tbilisi-Ceyhan" boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla bərabər, Azeri Light nefti "Bakı-Supsa" kəməri vasitəsilə Supsa limanına nəql edilir.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 21-də $76,13/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,72/barel azdır.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal "Bakı-Novorossiysk" boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 21-də $72,02/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,41/barel azdır.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti yanvarın 21-də $74,26/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,79/barel azdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti