...

ARDNŞ ekoloji monitorinqi yekunlaşdırıb

Energetika Materials 28 Yanvar 2010 19:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar / Trend /

ARDNŞ-nin Ekologiya İdarəsi N.Nərimanov adına "Siyəzənneft" və "Abşeronneft" neft-qaz çıxarma idarələrinin sənayelərində aparılan ekoloji monitorinqin yekunları üzrə təkliflər paketi hazırlayıb. Bu barədə şirkətin rəsmi internet saytında yerləşdirilmiş məlumatda deyilir.

Monitorinqin yekunları üzrə çirklənmənin hopma dərinliyi və neftlə çirklənmə dərəcəsinə müvafiq olaraq aparılacaq rekultivasiyanın növü və mərhələləri göstərilməklə hesabat tərtib edilib.

ARDNŞ-nın Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamenti tərəfindən 2009-cu ilin 4-cü rübündə "Azneft" İB-nin "Siyəzənneft" NQÇİ-nin I mədən ərazisində 150 ha, "Abşeronneft" NQÇİ-nin ərazisində 44 ha və N.Nərimanov adına NQÇİ-nin Daşgil NYM-nin ərazisində 34 hektarın rekultivasiya olunması nəzərdə tutulan sahələrində neft, lay suyu və istehsalat tullantıları ilə çirklənmiş ərazilərin ekoloji monitorinqi aparılıb.

Monitorinq zamanı vizual müşahidələr aparılıb, GPS vasitəsilə koordinantlar təyin edilib, çirkləndirici mənbələr müəyyən edilib, radiasiya fonu ölçülüb. Torpaqların neft məhsulları ilə çirklənmə dinamikasının öyrənilməsi məqsədi ilə seçilmiş koordinantlardan qrunt və su nümunələri götürülüb.

Xəbər lenti

Xəbər lenti