...

ABŞ Azərbaycandan neft idxalını azaldıb

Energetika Materials 29 Yanvar 2010 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir E.İsmayılov/

2009-cu ilin yanvar-noyabr aylarında ABŞ Azərbaycandan 22,97 milyon barel neft idxal edib, 2008-ci ilin analoji dövründə bu göstərici 24,44 milyon barel təşkil edib. Bu barədə ABŞ-ın Dövlət Enerji İnformasiyaları İdarəsindən verilən məlumatda deyilir.

ABŞ-ın Azərbaycan neftini idxalı cədvəli (min barel)

Yan.

Fev.

Mart

Apr.

May

İyun

İyul

Avq.

Sent.

Okt.

Noy.

Cəmi

2009

2,100

-----

2,453

3,134

0,63

2,983

1,052

1,237

3,022

4,140

2,215

22,966

2008

1,864

1,437

1,077

-----

2,102

1,596

4,160

4,131

2,063

3,871

2,139

24,44

Ümumilikdə 2008-ci ildə Azərbaycandan 26,8 milyon bareldən artıq neft idxal edilib. 2007-ci ildə bu göstərici 20,6 milyon barel, 2006-cı ildə isə 9,7 milyon barel təşkil edib.

Azərbaycan neftinin nəql edildiyi əsas marşrutlar Bakı-Tbilisi-Ceyhan boru kəməridir.

Azərbaycanın yüngül nefti Gürcüstanın Supsa limanından ixrac edilir. Neft buraya Bakı-Supsa boru kəməri ilə çatdırılır.

Neft həmçinin Gürcüstanın Qara dənizdə Batumi limanından da ixrac edilir. Neft bu limana Bakı-Novorossiysk boru kəməri vasitəsilə Bakıdan və Novorossiysk limanından çatdırılır.

Xəbər lenti

Xəbər lenti