...

Bakının bəzi rayonlarında elektrik enerjisinin verilişi bərpa edilib

Energetika Materials 5 Fevral 2010 17:24 (UTC +04:00)
Hazırda Bakının Səbail və Nərimanov rayonlarında elektrik enerjisinin verilişi bərpa edilib. Bu barədə cümə günü "Bakıelektrikşəbəkə" ASC-dən məlumat verilib.
Bakının bəzi rayonlarında elektrik enerjisinin verilişi bərpa edilib

Azərbaycan, Bakı, 05 fevral / Trend /

Hazırda Bakının Səbail və Nərimanov rayonlarında elektrik enerjisinin verilişi bərpa edilib. Bu barədə cümə günü "Bakıelektrikşəbəkə" ASC-dən məlumat verilib.

Binəqədi və Nəsimi rayonlarının bir hissəsinə elektrik enerjisinin verilişi bərpa edilib. Əzizbəyov və Xətai rayonlarına enerji verilişində pozuntu müşahidə olunub.

"Bakıda elektrik enerjisinin verilişindəki pozuntu yerli xətlərdə qırılma ilə əlaqəli deyil. Əsas problem elektrik stansiyasından paytaxta enerjinin verilməsindədir", - mənbə qeyd edib.

Xəbər lenti

Xəbər lenti