...

Azərbaycan neftinin qiymətləri: 1-5 fevral həftəsinin yekunları

Energetika Materials 8 Fevral 2010 11:30 (UTC +04:00)
1-5 fevral həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Gürcüstanın Supsa, Batumi və Türkiyənin Ceyhan limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti $74,9/barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən $0,27/barel yuxarıdır.
Azərbaycan neftinin qiymətləri: 1-5 fevral həftəsinin yekunları

Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir E.İsmayılov/

1-5 fevral həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Gürcüstanın Supsa, Batumi və Türkiyənin Ceyhan limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti $74,9 /barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən $0,27 /barel yuxarıdır.

1-5 fevral həftəsində AZERI LT-nin maksimum qiyməti $77,82 /barel, minimum isə $72,27/barel təşkil edib.

Azeri Light-ın API üzrə qatılığı 34.6 dərəcə, kükürdün miqdarı isə 0,14%-dir.

Ötən həftə Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti $70,95 /barel təşkil edib ki, bu da keçən həftənin orta qiymətindən $1,01/barel yuxarıdır.

1-5 fevral həftəsində URALS-ın maksimum qiyməti $73,98/barel, minimum isə $68,73/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir. Kükürdün miqdarı isə 1,3%-dir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

1-5 fevral həftəsində Brent Dated növünün orta qiyməti $72,83/barel təşkil edib ki, bu da əvvəlki həftənin orta qiymətindən $0,81/barel yuxarıdır.

Ötən həftə Brent-in bir barelinin maksimum qiyməti $75,79/barel, minimum isə $70,49/barel təşkil edib.

Brent Dated-in qatılığı API üzrə 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti