...

İranda neft-kimya məhsullarının ixracı üzrə ən böyük liman istismara verilib

Energetika Materials 9 Fevral 2010 17:26 (UTC +04:00)
İranın Usluviyyə şəhərində Pars energetika rayonunda neft-kimya məhsullarının ixracı üzrə ixtisaslaşmış ən böyük liman istismara verilib. Limanın açılış mərasimində İranın vitse-prezidenti Məhəmmədrza Rəhimi iştirak edib. Məlumatı İranın telekanalının rəsmi saytı "iribnews" yayıb.
İranda neft-kimya məhsullarının ixracı üzrə ən böyük liman istismara verilib

Azərbaycan, Bakı, 09 fevral / Trend /

İranın Usluviyyə şəhərində Pars energetika rayonunda neft-kimya məhsullarının ixracı üzrə ixtisaslaşmış ən böyük liman istismara verilib. Limanın açılış mərasimində İranın vitse-prezidenti Məhəmmədrza Rəhimi iştirak edib. Məlumatı İranın telekanalının rəsmi saytı "iribnews" yayıb.

Liman ildə 35 milyon ton neft-kimya məhsulları yükləmə gücünə malikdir. Limana 864 milyon dollar vəsait yatırılıb. Limanın yanalma körpüsü eyni zamanda 4 mindən 100 min tona qədər neft-kimya məhsulu dedveyti ilə 15 gəmini qəbul edə bilər.

Xəbər lenti

Xəbər lenti