...

Azərbaycan neftinin qiymətləri: 8-12 fevral həftəsinin yekunları

Energetika Materials 15 Fevral 2010 15:06 (UTC +04:00)
8-12 fevral həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Gürcüstanın Supsa, Batumi və Türkiyənin Ceyhan limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti $72,54/barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən $2,36/barel azdır.
Azərbaycan neftinin qiymətləri: 8-12 fevral həftəsinin yekunları

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir E.İsmayılov/

8-12 fevral həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Gürcüstanın Supsa, Batumi və Türkiyənin Ceyhan limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti $72,54/barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən $2,36/barel azdır.

8-12 fevral həftəsində AZERI LT-nin maksimum qiyməti $74,08/barel, minimum isə $71,35/barel təşkil edib.

Azeri Light-ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14%-dir.

Ötən həftə Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti $69,13/barel təşkil edib ki, bu da keçən həftənin orta qiymətindən $1,82/barel azdır.

8-12 fevral həftəsində URALS-ın maksimum qiyməti $70,67/barel, minimum isə $67,83/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3%-dir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

8-12 fevral həftəsində Brent Dated növünün orta qiyməti $70,69/barel təşkil edib ki, bu da əvvəlki həftənin orta qiymətindən $2,14/barel azdır.

Ötən həftə Brent-in bir barelinin maksimum qiyməti $72,2/barel, minimum isə $69,57/barel təşkil edib.

Brent Dated-in qatılığı API üzrə 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti