...

İran Azərbaycandan 10 milyard kubmetrədək qaz almağa hazırdır

Energetika Materials 25 Fevral 2010 17:12 (UTC +04:00)
İran Azərbaycandan 10 milyard kubmetrədək qaz almağa hazırdır. Bu barədə İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami cümə axşamı Bakıda bildirib.
İran Azərbaycandan 10 milyard kubmetrədək qaz almağa hazırdır

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir T.Cəfərov/

İran Azərbaycandan 10 milyard kubmetrədək qaz almağa hazırdır. Bu barədə İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami cümə axşamı Bakıda bildirib.

İran Azərbaycandan ölkənin tədarük edə biləcəyi qədər qaz almağa hazırdır. "Biz Azərbaycandan 10 milyard kubmetrədək qaz almağa hazırıq", - Bəhrami deyib.

"Hazırda Azərbaycan İrana təxminən iki milyon kub metr qaz tədarük edir. Bu həcmin 800 min kub metri Naxçıvan Muxtar Respublikasında "svop" əməliyyatları çərçivəsində, 1,2 milyon kubmetr qaz isə imzalanmış qisamüddətli müqavilə çərçivəsində tədarük edilir", - səfir deyib.

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və NIGECran Milli Qaz Şirkəti) yanvarın ilk yarısında Bakıda Azərbaycan qazının İrana tədarükünə dair qısamüddətli müqavilə imzalayıb. Müqavilə bu ilin mart-aprel aylarınadək 100 milyon kubmetr (sutkada 1,2 milyon kubmetr qaz) Azərbaycan qazının İrana tədarükünü nəzərdə tutur. Azərbaycan qazı İranın əsas yataqlarından uzaqda yerləşən şimal rayonlarına tədarük ediləcək.

Əvvəlcə ARDNŞ-nin rəhbəri İrana qaz ixracı üçün yeni qaz kəmərinin inşası barədə niyyətini bildirmişdi.

Hazırda "Sanqaçal-Azadkənd-Astara" yeni qaz kəməri layihəsi üzərində iş aparılır. Yeni qaz kəmərinin inşasına bu il başlanılması gözlənilir.

Yeni 200 kilometrlik qaz kəmərinin layihə üzrə sutkalıq ötürücülük qabiliyyəti 18 milyon kubmetr təşkil edəcək (illik 6,57 milyard kubmetr). Yeni qaz kəmərinin inşası qərarının qəbul edilməsi onunla əlaqədardır ki, Azərbaycan və İranı birləşdirən mövcud qaz kəməri aşağıtəzyiqli qaz nəqli üçün nəzərdə tutulub ki, bu da cənub istiqamətində qaz ixracı həcminin artırılmasına imkan vermir.

Yeni qaz kəməri inşasının yekunlaşdırılması 2012-ci ilə planlaşdırılır. Qaz kəməri ARDNŞ-nin vəsaitləri hesabına inşa ediləcək.

Azərbaycan və İranı uzunluğu 1474,5 km olan "Qazıməhəmməd-Astara-Bind-Biand" qaz kəməri birləşdirir. Qaz kəmərinin Azərbaycan ərazisindəki hissəsinin uzunluğu 296,5 kilometrdir. Onun buraxılış gücü ildə 10 mlrd. kubmetrdir. Bu marşrut 1971-ci ildə istismara verilən Qazax-Astara-İran boru kəmərinin qoludur. Onun üzərində Qazıməmhəməd, Ağdaş və Qazaxda üç kompressor stansiyası tikilib. Qaz nəqliyyatı sistemi 55 atmosfer təzyiqinə hesablanıb. Boru kəmərinin diametri 1200 mm-dir.

Xəbər lenti

Xəbər lenti