...

ARDNŞ Gürcüstanda yeni yanacaqdoldurma stansiyalarının açılışına hazırlaşır

Energetika Materials 4 Mart 2010 18:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir E.İsmayılov/

Yazda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstanda öz brendi altında yeddi-səkkiz yanacaqdoldurma stansiyası (YDS) açmaq niyyətindədir. Bu barədə cümə axşamı ARDNŞ-nin Gürcüstanda törəmə şirkəti olan SOCAR Energy Georgia-dakı mənbə bildirib.

"Hazırda Gürcüstanda şirkətin 32 yanacaqdoldurma stansiyası fəaliyyət göstərir. Lakin aprel-may aylarına kimi daha yeddi-səkkiz stansiyanın istismara verilməsi planlaşdırılır", - mənbə deyib.

Onun sözlərinə görə, ilin birinci yarısında istismara 15 YDS-in verilməsi planlaşdırılır. "İlin ikinci yarısında da həmin say planlaşdırılır", - mənbə qeyd edib.

ARDNŞ-nin ilk YDS-i Gürcüstanda 2008-ci ildə tikilib.

SOCAR Energy Georgia Gürcüstanın neft və neft məhsulları bazarında distribüterlik və marketinqlə məşğuldur. Şirkət Gürcüstan bazarında neft məhsulları və qaz satır.

SOCAR Georgia-nın həmtəsisçiləri ARDNŞ (51%), Petro-Trans FZCO (32,7%) və Vano Çxartişvilidir (16,3%).

Xəbər lenti

Xəbər lenti