...

Rusiyanın Novorossiysk limanında yükdaşıma azalıb

Energetika Materials 12 Mart 2010 18:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir E.İsmayılov/

Yanvar-fevralda Rusiyanın Novorossiysk beynəlxalq dəniz ticarət limanı 7,04 milyon tona yaxın neft daşıyıb. 2009-ci ilin yanvar-fevral aylarında bu göstərici 7,05 milyon ton təşkil edib. Bu barədə limanın rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir.

Yanvar-fevralda "Novorossiysk Dəniz Ticarət Limanı" ASC tərəfindən təxminən 2,5 milyon ton neft məhsulları daşınıb. Ötən ilin analoji dövründə bu göstərici 2,2 milyon ton təşkil edib.

Ümumilikdə, yanvar-fevral aylarında liman tərəfindən təxminən 14,05 milyon ton müxtəlif yüklər daşınıb. Ötən ilin analoji dövründə bu göstərici 13,7 milyon ton təşkil edib.

ARDNŞ Novorossiysk limanı vasitəsilə şəxsi neftinin daşınmasını həyata keçirir. ARDNŞ yanvar-fevralda "Bakı-Novorossiysk" boru kəməri ilə 289,3 min ton neft ötürüb. 2009-cu ilin yanvar-fevralında bu göstərici 385,64 min ton təşkil edib.

ARDNŞ "Bakı-Novorossiysk" neft kəməri vasitəsilə 2008-ci ildəki 1,2 milyon tona nisbətdə 2009-cu ildə təqribən 2,5 milyon ton neft nəql edib. 2006-cı ildə neft ixracı 2007-ci ildəki göstərici ilə eynidir. 2005-ci ildə "Bakı-Novorossiysk" kəməri ilə ixrac 1,6 milyon ton neft təşkil edib.

Novorossiysk Qara dəniz ticarət limanının yükdaşımalar üzrə ümumi cədvəl:

Yanvar, fevral 2010-cu il

Yanvar, fevral 2009-cu il

Fərq

min ton

min ton

%

Ümumi yük dövriyyəsi

14 054,5

13 741,2

313,3

2,3

Maye yüklər (cəmi)

9 672,6

9 789,5

-116,9

-1,2

Xam neft

7 042,1

7 504,3

-462,2

-6,2

Neft məhsulları

2 490,1

2 214,1

276,1

12,5

Xəbər lenti

Xəbər lenti