...

Azərbaycana yanvar ayında 11 min tondan çox metal boru idxal olunub

Energetika Materials 18 Mart 2010 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend /

Yanvar ayı ərzində Azərbaycanın quru və dəniz yataqlarında əməliyyatlar aparmaq məqsədi ilə 2009-cu ilin analoji dövr göstəricisindən 15,4 faiz az olmaqla, 11,12 min ton müxtəlif metal borular idxal edilib.

Dövlət Statistika Komitəsindən bildirildiyi kimi, göstərilmiş dövr ərzində boru idxalının dəyəri 2009-cu ilin analoji dövr göstəricisindən 73,1 faiz az olmaqla, 11 milyon dollar təşkil edib.

Dəniz və quru yataqlarında əməliyyatlar ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfindən aparılır. Şirkət Azərbaycan "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarının işlənməsi layihəsi çərçivəsində həm sərbəst, həm də xarici şirkətlərlə birlikdə işlər aparır.

Azərbaycanda 59 neft-qaz yatağı var, bunlardan 18-i dənizdə, qalanları isə quruda yerləşir.

Xəbər lenti

Xəbər lenti