...

ARDNŞ qaz sayğaclarının quraşdırılmasını davam etdirir

Energetika Materials 31 Mart 2010 19:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend /

Cari ilin birinci rübü ərzində Almaniyadan alınan 41 888 ədəd məişət qaz sayğacından 32 058 ədədi dövlət yoxlamasından keçirilib və dövlət vəsaiti hesabına əhali abunəçilərinin mənzillərində quraşdırılıb. Bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə günü yayılan məlumatında deyilir.

İdarənin "Sənaye obyektlərinin qaz sayğaclarına xidmət" Sahəsi tərəfindən respublika ərazisində qazdan istifadə edən sənaye obyektlərində müqavilə əsasında 250 ədəd qaz sayğacı quraşdırılıb və həmin cihazlara texniki xidmət göstərilib.

Əvvəllər ölkə daxilində qaz əməliyyatlarını "Azəriqaz" QSC həyata keçirirdi. 2009-cu ilin iyun ayında "Azəriqaz" QSC İB qismində yenidən təşkil olunub və ARDNŞ-nin tərkibinə qatılıb.

Xəbər lenti

Xəbər lenti