...

Yanvar-mart aylarında "Azərenerji" ARDNŞ-dən 1 mlrd kubmetr qaz alıb

Energetika Materials 15 Aprel 2010 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Yanacaq qismində istifadə edilməsi üçün "Azərenerji" SC-yə (Azərbaycanda elektrik enerjisi istehsalçısı) yanvar-mart aylarında ötürülmüş 1,14 milyard kubmetr qaza nisbətdə 2009-cu ilin yanvar-mart aylarında 1,4 milyard kubmetrdən artıq qaz ötürülüb. Bu barədə "Azərenerji"yə qaz tədarükünü həyata keçirən ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumatında deyilir.

Martda "Azərenerji"yə 360,4 milyon kubmetr "mavi qaz" ötürülüb.

2008-ci ildə ötürülən 4,95 milyard kubmetr qaza nisbətdə 2009-cu ildə "Azərenerji"yə 4,32 milyard kubmetrdən artıq qaz ötürülüb. Bu göstərici 2007-ci ildə 3,4 milyard kubmetr təşkil eidib.

Xəbər lenti

Xəbər lenti