"Qazıməmməd-Mozdok" boru kəməri vasitəsilə qaz verilişi bərpa edilib

Energetika Materials 15 Aprel 2010 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rusiyaya qaz tədarükünü bərpa edib. Bu barədə cümə axşamı ARDNŞ-dəki mənbə bildirib. "Qazıməmməd-Mozdok" boru kəməri vasitəsilə qaz verilişi Bakı vaxtı ilə saat 10:00-da dayandırılıb. Həmin tədbirlər qaz kəmərinin 356-cı kilometrliyində baş vermiş qaz sızması ilə əlaqədar olub.

"Qazıməmməd-Mozdok" boru kəməri vasitəsilə qaz verilişi artıq bərpa edilib", - mənbə deyib.

Azərbaycan qazının Rusiyaya alqı-satqısına dair ortamüddətli (uzadılma imkanı olmaqla) müqavilə ötən il oktyabrın 14-də Bakıda ARDNŞ və "Qazprom" arasında imzalanıb. Bu müqavilə 2010-2014-cü illəri əhatə edir. Müqaviləyə əsasən, Azərbaycan tərəfi Rusiyaya ildə ən azı 500 milyon kubmetr qaz tədarük edəcək. Müqavilədə qaz tədarükünün dəyişmə həcmi göstərilməyib. ARDNŞ yarım il qarşı tərəfi tədarük edə biləcəyi həcm barədə əvvəlcədən xəbərdar edəcək.

Azərbaycan qazının Rusiyaya nəqli 2010-cu ilin yanvarından başlanılıb. Bu il Rusiyaya bir milyard kubmetr Azərbaycan qazı ixrac olunacaq. Həmçinin, ARDNŞ və "Qazprom" 2011-ci ildə Rusiyaya nəql ediləcək qazın həcmi barədə razılığa gəliblər. Növbəti ildə bu göstərici təxminən iki milyard kubmetr təşkil etməlidir.

Xəbər lenti

Xəbər lenti