...

Şabran rayonunun qazlaşdırılmasında mühüm işlər həyata keçirilir

Energetika Materials 16 Aprel 2010 04:58 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq olunmuş “2009-2013–cü illər Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na əsasən Şabran şəhər yeni yaşayış massivinin və rayonun yaşayış məntəqələrinin qaz təchizatının bərpası və yaxşılaşdırılması istiqamətində işlər planauyğun şəkildə davam etdirilir
Şabran rayonunun qazlaşdırılmasında mühüm işlər həyata keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq olunmuş "2009-2013-cü illər Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı"na əsasən Şabran şəhər yeni yaşayış massivinin və rayonun yaşayış məntəqələrinin qaz təchizatının bərpası və yaxşılaşdırılması istiqamətində işlər planauyğun şəkildə davam etdirilir. Bu barədə ARDNŞ-ın saytında deyilir.

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Şabranda abonentlərin mavi yanacaqla təhlükəsiz və keyfiyyətlə təminatı üçün yeni qaz xətləri çəkilir, korroziyaya uğramış qaz boruları dəyişdirilir, qaz itkisinin qarşısının alınması məqsədi ilə abonentlər sayğaclaşdırılır və digər təmir-bərpa işləri aparılır.

Ümumiyyətlə, Dövlət Proqramından irəli gələn tələblərə uyğun olaraq 2009-cu ilin 2-ci yarımilliyində və 2010-cu ilin 1-ci rübü ərzində Şabran rayonu üzrə qaz təminatının təkmilləşdirilməsi, bu sahənin texniki bazasının yenilənməsi və möhkəmləndirilməsi habelə istehlakçıların təbii qazla təmin edilməsi istiqamətlərində intensiv işlər görülmüşdür. 2010-cu ilin yanvar ayından Şabran rayonunun yenidən qazlaşdırılmasına 3 ixtisaslaşdırılmış təmir tikinti idarəsi cəlb edilmiş, ümumilikdə 40 min metrdən artıq müxtəlif diametrli yeraltı polietilen borular çəkilmişdir. Şabran ərazisində korroziyaya uğramış borular yenisi ilə əvəz olunmuş, 200 metrdən artıq müxtəlif diametrli yeni qaz xətləri çəkilmişdir. Aparılmış texniki və digər profilaktiki tədbirlərin nəticəsində 1200-dən çox abunəçi qazla normal təmin edilmişdir. Istismar müddəti bitmiş, istifadə olunan qazı düzgün qeydiyyata almayan və düzgün quraşdırılmayan 80-dən çox sayğac yenisi ilə dəyişdirilmişdir. Hazırda rayonun qaz təchizatı sistemində işlər uğurla davam etməkdədir. Rayon Qaz İstismar Sahəsinə yeni qaynaq aqreqatı və "Belarus-Gəncə" markalı traktor verilmişdir.

Xəbər lenti

Xəbər lenti