...

Aİ-nin 27 ölkəsində Euro-super 95 markalı avtomobil benzininin qiyməti (12-19 aprel)

Energetika Materials 21 Aprel 2010 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir A.Bədəlova/

Ötən həftə ərzində (12-19 aprel) Avropanın 27 ölkəsində Euro-super 95 markalı benzinin orta qiyməti min litrə 1355 avro (ƏDV daxil) təşkil edib ki, bu da bundan əvvəlki həftənin orta qiymətindən min litrə 2 avro çoxdur. Benzinin qiymətinə dair statistik məlumatlar Avropa Komissiyasının rəsmi saytında öz əksini tapıb.

Ötən həftə ərzində Avropa ölkələri arasında Euro-super 95 markalı benzinin ən yüksək qiyməti Niderlandda müşahidə olunub. Ötən həftənin yekunlarına görə, bu ölkədə həmin markalı benzinin qiyməti ötən həftə dəyişməz olaraq qalıb - min litrə 1518 avro.

Bu markalı benzinin ən aşağı orta qiyməti Kiprdə (min litrə 1027 avro) müşahidə olunub ki, bu da bundan əvvəlki həftənin orta qiymətindən min litrə 3 avro çoxdur.

Euro-super 95 markalı benzinin qiymətinin yüksəkliyinə görə ikinci yerdə duran ölkə Danimarkadır. Ötən həftənin yekunlarına görə, bu ölkədə həmin markalı benzinin qiyməti ötən həftə dəyişməz olaraq qalıb - min litrə 1473 avro.

Ötən həftə ərzində Euro-super 95 benzininin qiymətinə görə üçüncü yeri tutan Belçikada qiymət min litrə 1459 avro təşkil edib.

Ötən həftə ərzində Euro-super 95 markalı benzinin qiymətinə görə dördüncü yeri tutan Yunanıstanda qiymət 8 avro artaraq min litrə 1450 avro təşkil edib.

Ötən həftə ərzində Euro-super 95 markalı benzinin qiymətinə görə Finlandiyada və beşinci yeri tutan Almaniyada qiymət min litrə 1430 təşkil edib. Finlandiyada həmin markalı benzinin qiyməti min litrə 2 avro azalıb, Almaniyada isə 10 avro artıb.

Ötən həftə ərzində Euro-super 95 markalı benzinin qiymətinə görə altıncı yeri tutan Portuqaliyada qiymət 2 avro artaraq min litrə 1404 avro təşkil edib.

Ötən həftə ərzində Euro-super 95 markalı benzinin qiymətinə görə yeddinci yeri tutan İtaliyada qiymət dəyişməz olaraq qalıb - min litrə 1392 avro.

Euro-super 95 markalı benzinin qiyməti Fransada bir həftə öncə qeydə alınan 1383 avroya nisbətdə ötən həftə orta qiymət min litrə 1370 avro təşkil edib.

Ötən həftə ərzində Euro-super 95 markalı benzinin qiymətinə görə doqquzuncu yeri tutan Böyük Britaniyada qiymət 10 avro artaraq min litrə 1369 avro təşkil edib.

Avropa ölkələri arasında Euro-super 95 markalı benzinin qiymətinin yüksəkliyinə görə onuncu yeri İsveç tutub. Bu ölkədə qiymət min litrə 1352 avro təşkil edib.

Avropanın 27 ölkəsində Euro-super 95 markalı benzinin qiymətinin (vergilər daxil olmaqla) müqayisə cədvəli:

Ölkələr

Qiymət/avro (12-19 aprel)

Qiymət/avro (5-12 aprel)

Niderland

1518

1518

Danimarka

1473

1473

Belçika

1459

1477

Yunanıstan

1450

1442

Finlandya

1430

1432

Almaniya

1430

1420

Portuqalya

1404

1402

İtaliya

1392

1392

Fransa

1370

1383

Böyük Britaniya

1369

1359

İsveç

1352

1356

İrlandiya

1278

1278

Çexiya

1274

1266

Macarıstan

1271

1271

Slovakiya

1257

1245

Avstriya

1225

1224

Sloveniya

1204

1204

Malta

1200

1200

Litva

1188

1184

Lüksemburq

1182

1198

İspaniya

1177

1185

Polşa

1176

1172

Estoniya

1144

1132

Latviya

1122

1111

Rumıniya

1068

1073

Bolqarıstan

1046

1046

Kipr

1027

1024

Xəbər lenti

Xəbər lenti