...

Gürcüstan yanvar-mart aylarında benzin idxalını azaldıb

Energetika Materials 28 Aprel 2010 20:36 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 aprel /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan yanvar-mart aylarında təqribən 70,4 min ton dizel yanacağı idxal edib. Bu barədə çərşənbə günü Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən deyilib.

Yanvar-mart ayları ərzində həmçinin 65,1 min ton avtomobil yanacağı idxal edilib. 2009-cu ilin analoji dövründə bu göstərici 98,5 min ton təşkil edib.

Cari ilin birinci rübünün yekunlarına görə, benzin idxalı 33,4 min tondan çox azalıb, dizel yanacağı isə dörd min tondan çox artıb.

"Bizim fikrimizcə, benzin idxalının aşağı düşməsi olunla bağlıdır ki, benzinin qiyməti ötən il ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Bu səbəbdən istehlakçıların böyük qismi təbii qazdan istifadəyə keçib. Dizel yanacağına gəlincə, qiymət artımına baxmayaraq istehlak azalmayıb, əksinə artıb", - Neft Məhsulları İdxalçıarı Birliyindən deyilib.

Xəbər lenti

Xəbər lenti