Digah - Buzovna "Cənub" qaz kəməri üzrə qaz verilişi dayandırılacaq

Energetika Materials 29 Aprel 2010 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Bakı - Buzovna avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar Bakı vaxtı ilə saat 11:00-də Digah-Buzovna "Cənub" qaz kəməri ilə təbii qazın nəqli dayandırılacaq. Bu barədə ARDNŞ-in cümə axşamı yayılan məlumatında deyilir.

Məlumata əsasən, bu istiqamətdə qazın verilişi bu gün saat 19:00-da bərpa ediləcək.

Bu qaz kəməri ilə qaz verilişinin dayandırılması ilə əlaqədar Zabrat-II, Nardaran, Maştağa, Albalılıq, Buzovna qazpaylayıcı stansiyalarının, Bolqarıstan və Ramana südçülük ölçü qovşaqlarının, Olimpiya İdman Kompleksinin qaz təminatında məhdudiyyətlər olacaq.

Xəbər lenti

Xəbər lenti