Azərbaycan, Bakıl, 6 may /Trend/
Mingəçevir su anbarındakı bütün proseslər "Azərenerji" SC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) nəzarəti altındadır. Heç bir fövqəladə halın yaranması təhlükəsi mövcud deyil. Bu sözləri cümə axşamı "Azərenerji"nin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev deyib.
Azərbaycan regionlarında yağan leysan yağışları və qarın əriməsi nəticəsində çaylarda və su anbarlarında suyun səviyyəsi qalxıb. Mingəçevir su anbarında gücü 330 meqavat olan Mingəçevir SES yerləşir. Bu stansiya 6 aqreqatdan ibarətdir.
SES kaskadına Mingəçevir SES və Varvara SES daxildir. Kaskadın gücü 400 meqavatdır.