...

ARDNŞ-yə yeni vitse-prezidentlər təyin olunub

Energetika Materials 15 May 2010 11:50 (UTC +04:00)
ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətin kollektivinə yeni vitse-prezidentləri təqdim edib. ARDNŞ-nin neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov, ekologiya üzrə vitse-prezidenti isə Soltan Əliyev təyin edilib.
ARDNŞ-yə yeni vitse-prezidentlər təyin olunub

Azərbaycan, Bakı, 15 may /Trend/

ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətin kollektivinə yeni vitse-prezidentləri təqdim edib. ARDNŞ-nin neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov, ekologiya üzrə vitse-prezidenti isə Soltan Əliyev təyin edilib. Bu barədə şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

"Şirkət böyüyüb inkişaf etdikcə, onun strukturu daha da təkmilləşdirilir", - Abdullayev yeni vitse-prezidentləri təqdim edərkən deyib.

ARDNŞ-nin məlumatında deyilir ki, Rəhman QurbanovSoltan Əliyev müvafiq vəzifələrə Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il 12 may tarixli sərəncamına əsasən təyin olunub.

Xəbər lenti

Xəbər lenti